Bu il Azərbaycanda 7 uşaq intihara cəhd edib

   Bu il Azərbaycanda 7 uşaq intihara cəhd edib
  15 Oktyabr 2019    Oxunub:1794
Hər il Uşaq Qaynar Xəttinə daxil olan zənglərin sayı 2500-3500 arasında dəyişir.
Azvision.az xəbər verir ki, bunu Uşaq Qaynar Xəttinin direktoru Kəmalə Aşumova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu ilin oktyabr ayına qədər "qaynar xəttə" 3460 zəng daxil olub, zənglərin sayında artım var.

"Texniki şərait dəyişir, texnologiyalar yenilənir, maarifləndirmə işləri aparıldığı üçün məlumatlılıq artır və zənglər çoxalır. Müraciətlər əsasən sosial təhlükəli vəziyyətlər, şəraitsizlik, uşaqların psixoloji zorakılığa məruz qalması, etinasızlıq halları və s. ilə bağlı olub".

K.Aşumova qeyd edib ki, 2019-cu ildə Azərbaycanda 7 yetkinlik yaşına çatmayan uşağın intihara cəhd etməsi barədə onlara məlumat daxil olub.

"Zənglər müxtəlif şəxslər tərəfindən olur. Məsələn, müəllimlər, məktəb rəhbərləri, valideynlər və uşaqların özləri tərəfindən. Bizə müraciət edən uşaqlar bildirirlər ki, "atam anamla görüşməyə qoymur" və ya əksinə. Bunlar hamısı uşağın emosional vəziyyətinə təsir edirsə, biz deyə bilərik ki, bu psixoloji zorakılıqdır. Elə olur ki, uşağı təsir altına salırlar, valideynə nifrət hissi oyadırlar- bunlar bizdə psixoloji zorakılıq faktı kimi qeydə alınır. Təbii ki, bunlar araşdırılır, təşkilat olaraq onları dövlət qurumlarına yönəldirik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şagird   Məktəb  





Xəbər lenti