Məktəblərdə şagird azlığına səbəb nədir? - Açıqlama

Məktəblərdə şagird azlığına səbəb nədir? -  Açıqlama
  15 Oktyabr 2019    Oxunub:2238
"Şagirdlərin elektron yerdəyişməsi sistemi bizə imkan verir ki, onların yerdəyişmə etdiyi məktəbi görək. Əgər şagirdlərin məktəbə, təhsilə cəlb edilməsində acizdirsə, onda biz nədən danışa bilərik?
Azvision.az xəbər verir ki, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Nazir müavini bildirib ki, əgər hər hansı məktəb direktoru üzərinə məsuliyyət götürərək şəhərin lisey-gimnaziyasının XI sinif şagirdini məktəbə qəbul edirsə, başa düşməlidir ki, istənilən vaxt kimsə məktəb qapısını açaraq, məhz o şagirdin sinifdə olub-olmadığını öyrənə bilər:

"İstənilən məktəb direktoru yeni şagirdə sual verib öyrənir ki, niyə yaxşı məktəbi qoyub bura gəlib? Amma o sualın arxasında hansı cavabın dayandığını bilmir. Əgər bir məktəbin X-XI siniflərində şagird sayı ciddi şəkildə azalırsa, demək o məktəbin direktoru şagirdlərinə deyir ki, sizin üçün şərait yaradılmayacaq. Bunun başqa səbəbi yoxdur. Məktəbin yaxşı oxuyan şagirdi ucqar bir məktəbə gedirsə, demək onun əvvəl oxuduğu məktəbin direktoruna təşəkkür düşür, hətta onun göstəriciləri aşağı düşsə, şagird kontingenti azalsa belə, o direktora təşəkkür etmək lazımdır ki,işini tələblərə uyğun qurur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Şagird  





Xəbər lenti