ABŞ ordusu Membiçdəki bazasını tərk edib

ABŞ ordusu Membiçdəki bazasını tərk edib
  15 Oktyabr 2019    Oxunub:3166
ABŞ hərbçiləri Suriyanın Membiç şəhərinin şimal-qərbində, Dadat qəsəbəsindəki bazalarını tərk ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"ABŞ hərbçiləri Membiç şəhərinin şimal-qərbində yerləşən Dadat və Umm-Mial bölgələrindən İraqla Suriya sərhədinə enərək, bazalarını tərk ediblər. Hal-hazırda Dadat və Umm-Mial Suriya hökumət qüvvələri tərəfindən nəzarətə götürülüb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Membiç Suriyanın şimalındakı Hələb əyalətinin böyük bir şəhərdir, son vaxtlara qədər kürdlərin nəzarətində olan şəhəri Amerika əsgərləri mühafizə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Suriya   Ordu   Membiç  





Xəbər lenti