Antaliyada təlim təyyarəsi qəzaya uğrayıb

Antaliyada təlim təyyarəsi qəzaya uğrayıb
  15 Oktyabr 2019    Oxunub:1655
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda təlim təyyarəsi qəzaya uğrayıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Antalya valisi Münir Karaloğlunun sözlərinə görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra yerə düşüb.

“İlkin məlumata görə, mülki təhsil təyyarəsinin qəzaya uğraması nəticəsində ölən və yaralı yoxdur".

P.Sultanova
Azvision.az



Teqlər: Təyyarə  





Xəbər lenti