Varlı ölkələrdə kişilər qadınlardan üç dəfə çox intihar edir

   Varlı ölkələrdə kişilər qadınlardan üç dəfə çox intihar edir
  15 Oktyabr 2019    Oxunub:2061
Dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı deyib. Onun sözlərinə görə, hər yaş qrupunda intihar hadisələri müşahidə edilir.

"Dünyada intiharların yarıdan çoxu 45 yaşına qədər insanlar arasında baş verir. İntihar edən yeniyetmələrlərin 90 faizi aşağı və orta gəlirli ölkələrdəndir. 15-29 yaşlar arasında ölümlərin ikinci əsas səbəbi intihardır".

İntiharın hər iki cinsə təsiri barədə danışan H.Hermançi bildirib ki, yüksək gəlirli ölkələrdə kişilər qadınlardan üç dəfə daha çox intihar edirlər.

"Aşağı və orta gəlirli ölkələrdə intihar edən qadın və kişi nisbəti bərabərə yaxındır. Psixi sağlamlıq problemləri yaşayanlar, xəstəlikdən əziyyət çəkənlər, spirtli içki və narkotikdən istifadə edənlər intihar üçün xüsusi risk faktorudur. Risk faktoruna həmçinin, münaqişə, fəlakət, zorakılıq, travma və ya sui-istifadə, itki və ya təcrid olunma hallarının təsirinə məruz qalan insanlar, qaçqınlar, miqrantlar, yerli xalqlar, cinsi azlıqlar və məhbuslar daxildir".

H.Hermançı qeyd edib ki, intihar etmək üçün insanlar daha çox pestisid və odlu silahdan istifadə edir. "Mediada çalışan mütəxəssislərə intiharlarla bağlı xəbərləri daha məsuliyyətli şəkildə çatdırılması üçün təlim keçirilməlidir. Problemi həll etmə və çətinliklərin öhdəsindən gəlmə bacarıqlarının inkişafı üçün məktəblərdə maarifləndirmə aparılmalıdır. İntihara erkən dioqnoz qoyulması üçün intihar davranışlarının qiymətləndirilməsi və idarə edilməsi mövzusunda tibb işçiləri üçün təlim təşkil olunmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: İntihar  





Xəbər lenti