Millət vəkili: “Düşməni öz silahı ilə vurmalıyıq”

   Millət vəkili:    “Düşməni öz silahı ilə vurmalıyıq”
  15 Oktyabr 2019    Oxunub:2122
“Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışını yerlərdə təbliğ etməliyik. Düşməni öz silahı ilə vurmalıyıq. Ermənilər bizim əzəli düşmənlərimizdir. Biz strategiyanı elə müəyyənləşdirməliyik ki, sonrakı taktiki addımlarda səhv etməyək”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev qeyd edib ki, indi informasiya müharibəsi dövrüdür: “Bu istiqamətdə işimizi qurmalıyıq. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nda peşəkar tarixçilərdən ibarət şöbə yaradılmalıdır. Onlar ermənilərin tarixi, qafqazda mövcud olmaması ilə bağlı araşdırmalar aparmalı, müxtəlif dillərdə yazılar dərc edilməlidir. Ermənilər bizə çox arqumentlər veriblər ki, onları öz silahları ilə vuraq. Biz mübarizəni daha çox mədəni müstəvidə aparmalıyıq, söyüş ritorikasının əleyhinəyəm".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Qarabağ  





Xəbər lenti