Həmsədrlər İrəvanı sərhəddə gərginliyi azaltmağa çağırdı

 Həmsədrlər İrəvanı sərhəddə gərginliyi azaltmağa çağırdı
  15 Oktyabr 2019    Oxunub:2043
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferlə (ABŞ) görüşüb.
Azvision.az “aysor.am”a istinadən xəbər verir ki, tərəflər cari ilin sentyabr ayında Nyu-Yorkda keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə və sonrakı proseslərə toxunublar.

Görüşdə əlverişli sülh atmosferinin yaradılmasının və sərhəddə gərginliyin azaldılmasının əhəmiyyəti vurğulanıb. Mnatsakanyan və həmsədrlər tərəflərin münaqişənin sülh yolu ilə həll prosesindəki mövqelərinə dair fikir mübadiləsi aparıblar.

Bundan əlavə, sülh prosesində bərabər öhdəliklərin təmin edilməsinin vacibliyi qeyd olunub və gələcək addımlar barədə danışılıb.

P.Sultanova
Azvision.az




Teqlər: Ermənistan   İrəvan   Həmsədr  





Xəbər lenti