"Ermənilərə elə zərbə vurulub ki, özlərinə gələ bilmirlər"

"Ermənilərə elə zərbə vurulub ki, özlərinə gələ bilmirlər"
  15 Oktyabr 2019    Oxunub:1395
“Prezident İlham Əliyev son günlər ermənilərə iki ağır zərbə vurub. Ermənilərə elə zərbə vurulub ki, hələ də özlərinə gələ bilmirlər. MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan erməniləri ifşa etdi. O, çıxışında önə çəkdi ki, Qaregin Njde faşistlərə xidmət etsə də, vaxtilə türklərlə müharibə aparıb, ona görə də "qəhrəman"dır və heykəli olmalıdır. Prezident İlham Əliyev arqumentləri ilə erməniləri ifşa etdi. Rusiya Dövlət Dumasının qərarı var ki, heykəl oradan götürülməlidir. Düzdür, bu, tələb deyil, tövsiyədir. Paşinyan o heykəli oradan götürə bilərmi? Xeyr!”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Araz Əlizadə deyib.

Deputat qeyd edib ki, ermənilərin əvvəlki və indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət ediblər, qatı millətçidirlər: “Prezident “nida” işarəsi qoydu, arzu edirəm ki, ordumuz da belə bir “nida” işarəsi qoysun və bu məsələni bitirək. Dünyanın müxtəlif ölkələrində qaçqınlar görmüşəm, bizdəki qədər onlara şərait yaratmırlar. Təbii ki, bu, kifayət qədər deyil...”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə çıxış edərək deyib ki, BMT-nin hesablamalarına əsasən, dünyada 72 milyon qaçqın və məcburi köçkün var: “Yeganə ölkə Azərbaycandır ki, köçkünlər üçün bu qədər ev tikir. İkinci belə bir dövlət yoxdur. Prezident İlham Əliyevin yanaşması bundan ibarətdir ki, vətəndaşa daha çox qayğı ilə yanaşılsın”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Araz-Əlizadə   Deputat   Qarabağ  





Xəbər lenti