Fərhad Bədəlbəyli telekanalları tənqid etdi

   Fərhad Bədəlbəyli telekanalları tənqid etdi
  15 Oktyabr 2019    Oxunub:3471
“O qədər festivallar keçiririk, vəsait ayrılır, Qarabağ məsələsinin təbliğatı üçün niyə maliyyə vəsaiti ayrılmır? Deputatlardan xahiş edirəm ki, Maliyyə Nazirliyinə təkliflər versinlər. Vəsait olmazsa, kimsə nəisə edə bilməz”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli yerli televiziya kanallarını sərt tənqid edib: “Məni telekanalların veriliş siyasəti çox narahat edir. Gündəlik yalnız əyləncə, boş-boş söhbətlərdir. Məsələn, orta ümumtəhsil məktəblərində hər gün ilk dərs zamanı Qarabağdan danışıla bilər. Bir az ciddi olmaq lazımdır, bu, bizim çox vacibdir. Elə bil, kimsə deyir ki, kef çəkin, əyləncə mərkəzlərinə gedin, Qarabağ nəyinizə lazımdır?! Vəziyyət çox acınacaqlı və faciəvidir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: FərhadBədəlbəyli  





Xəbər lenti