“Təhlükəsiz bölgə Türkiyənin ara hədəfidir” - Ekspert şərhi

“Təhlükəsiz bölgə Türkiyənin ara hədəfidir” -  Ekspert şərhi
  15 Oktyabr 2019    Oxunub:1898
“Türkiyənin Suriyanın şimalında yaratmağa çalışdığ 30-35 kilometrlik “təhlükəsiz bölgə” sadəcə ara hədəfdir. Türkiyənin əsas hədəfi YPG/PKK-nın tamamilə yox edilməsi, silahlarının alınması, onların istismar etdiyi insanların terror təşkilatından xilas edilməsidir”.
Bunu Azvision.az -a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağar deyib. Onun fikrincə, digər bir hədəf terror təşkilatının Kərkük və İraq başda olmaqla şərqə yayılaraq yeni təhlükələr yaratmasının qarşısını almaqdır:

“Problemin kökü İraqdadır. Ona görə də bu ölkə ilk sıradadır. Hesab edirəm ki, bu baxımdan strateji plan və siyasi hədəf PKK-nın güclənməyə çalışdığı mərkəzi İraq torpaqlarında daha təsirli olmalıd, öz müsbət nəticəsini göstərməlidir. Əks halda problem genişlənməyə və dərinləşməyə davam edəcək”.

Qeyd edək ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb. İndiydək əməliyyatlar zamanı 560-dan çox terrorçu zərərsizləşdirilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Barış-Pınarı   Abdullah-Ağar   Türkiyə   Suriya  





Xəbər lenti