Suriyada 560 terrorçu zərərsizləşdirilib

Suriyada 560 terrorçu zərərsizləşdirilib
  15 Oktyabr 2019    Oxunub:1877
Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış pınarı” əməliyyatları çərçivəsində 560 terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat başlayandan bu günə qədər 560 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb.

P.Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Suriya   Terror   PKK  





Xəbər lenti