Ərdoğan Bakıda Fransa prezidenti ilə telefonla danışıb

 Ərdoğan Bakıda Fransa prezidenti ilə telefonla danışıb
  15 Oktyabr 2019    Oxunub:1953
Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan fransalı həmkarına “Barış pınarı” əməliyyatının məqsədləri barədə məlumat verib.
Daha sonra Suriyanın şimalındakı PKK-YPG və İŞİD terrorçularının Türkiyənin təhlükəsizliyi və Suriyanın ərazi bütövlüyü üçün yaratdığı təhdidlərdən söz açılıb.

Prezident Ərdoğan əməliyyatın regional və qlobal sülhə, sabitliyə töhfə verəcəyini dilə gətirib.

P.Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Markon   Fransa  





Xəbər lenti