“Barış pınarı”nda 595 terrorçu zərərsizləşdirilib

“Barış pınarı”nda 595 terrorçu zərərsizləşdirilib
  15 Oktyabr 2019    Oxunub:1659
Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” əməliyyatında 595 terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter” səhifəsində məlumat verilib. Nazirlik bəyan edib ki, əməliyyat başlayandan bu günə qədər 595 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.

P.Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti