Qaxda yük maşını aşıb, xəsarət alan var

Qaxda yük maşını aşıb, xəsarət alan var
  15 Oktyabr 2019    Oxunub:3316
Qax rayonunun Suskənd kəndində "Hyundai" markalı yük avtomobili yol kənarına aşıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qax   Qəza  





Xəbər lenti