“Vasim Məmmədəliyevin itkisi bizi çox sarsıtdı” - İran səfiri

“Vasim Məmmədəliyevin itkisi bizi çox sarsıtdı” -  İran səfiri
  14 Oktyabr 2019    Oxunub:1655
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Səfirlikdən Azvision.az -a daxil olan başsağlığında deyilir:

“Görkəmli akademik, fars və ərəb dilləri üzrə məşhur alim, tanınmış Quran araşdırmaçısı ustad Vasim Məmmədəliyevin vəfatı bizi sarsıtdı.

Bu itki münasibətilə Azərbaycan dövlətinə və xalqına, mərhumun ailəsinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Bu böyük şəxsiyyətin sorağı Azərbaycan hüdudlarından çox-çox kənara çıxmışdı. O, yarım əsrdən çox elmi fəaliyyətini müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin tədqiqinə həsr etdi və onun Quranın Azərbaycan dilinə tərcümə və təfsiri Azərbaycan xalqı üçün iftixarlı və əbədi əsərdir.

İran İslam Respublikası çox əziz bir dostunu itirib və heç şübhəsiz bu böyük alimin vəfatı Azərbaycanın elmi, ədəbi və dini camiəsi üçün də sağalmaz yaradır. Allah onun ruhunu şad etsin və axirət dünyasında ona mənəvi dərəcələr bəxş etsin”.

P.Sultanova
Azvision.az



Teqlər: İran   Səfir  





Xəbər lenti