Tramp: “Türkiyəyə sanksiyalar tətbiq olunacaq”

  Tramp:  “Türkiyəyə sanksiyalar tətbiq olunacaq”
  14 Oktyabr 2019    Oxunub:3119
"Türkiyəyə böyük sanksiyalar tətbiq olunacaq".

Azvision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.

"Türkiyəyə böyük sanksiyalar gəlir. İnsanlar həqiqətən NATO üzvü olan Türkiyə ilə müharibəyə girişəcəyimizi düşünürlər? Sonu gəlməyən müharibələr bitəcək", - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını dəstəkləmədiyini açıqlayıb. O, Türkiyə ordusunu əməliyyatları dayandırmağa çağırıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Tramp   Türkiyə   ABŞ   Sanksiya  





Xəbər lenti