Quba sakini qardaşının evindən oğurluq edib

  14 Oktyabr 2019    Oxunub : 705
Quba sakini qardaşının evindən oğurluq edib
Quba rayonunun Səbətlər kənd sakini A.İsmayılov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1198 manatın naməlum şəraitdə oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsində dərhal əməliyyat-istintaq qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan miqdarda pulun müraciət müəllifinin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı T.Qədirov cinayət əməlini etiraf edib, qardaşı evdə olmadığı vaxtda oğurluğu törətdiyini bildirib. Oğurluq pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba RPŞ-də CM-in müvafiq maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN