Qadın həbsdəki ərinə narkotik keçirmək istədi

Qadın həbsdəki ərinə narkotik keçirmək istədi
  14 Oktyabr 2019    Oxunub:1971
Bakıda həbsdə olan ərinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilən 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti