Ərdoğan: “Bakıdakı zirvə görüşü tarixə düşəcək”
“Özbəkistanın bu birliyə qatılması Türk Şurasını daha da gücləndirəcək. Eyni zamanda, Qazaxıstanın ilk prezidenti hörmətli Nursultan Nazarbayev Türk Şurasının Fəxri sədri elan olunacaq. Biz Nazarbayevin zəngin təcrübəsindən istifadə edəcəyik. Türk dünyası arasında əməkdaşlığın, birliyin daha da güclənməsi bizim üçün iftixar hissi yaradır”.
Ərdoğan Bakıda Türk Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyini əlavə edib: “Onlara “Barış pınarı” əməliyyatı haqqında ətraflı məlumat verəcəyik. Bakıdakı iclas və görüşlər Türk Şurası ölkələri ilə əlaqələri daha da inkişaf etdirəcək”.
Türkiyə prezidenti Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşəcəyini vurğulayıb. Daha sonra o, Bakıya səfərə yola düşüb.
P.Sultanova
Azvision.az