Paytaxtda qadın qarət olunub

Paytaxtda qadın qarət olunub
  14 Oktyabr 2019    Oxunub:1611
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də saat 22 radələrində “28 May” küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını taladığını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, 22-ci Polis Şöbəsi və Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti