Evdən oğurluq edən şəxslər saxlanılıb

Evdən oğurluq edən şəxslər saxlanılıb
  14 Oktyabr 2019    Oxunub:1513
Mingəçevir Şəhər Polis Şöbəsinə evdən dəyəri 600 manat olan köhnə istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər, Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov saxlanılıb.

Saxlanılan şəxslər oğurladıqları həmin istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti