Yaralı giziri xilas etmək üçün özünü qurban verən Milli Qəhrəman - VİDEO+FOTOLAR

Yaralı giziri xilas etmək üçün özünü qurban verən Milli Qəhrəman -  VİDEO+FOTOLAR
  14 Oktyabr 2019    Oxunub:15978
Bu gün aprel döyüşlərində şəhid olan Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanovun doğum günüdür.

Azvision.az -ın məlumatına görə, mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində anadan olub. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.


Samid İmanov Türkiyə Cümruhiyyətində “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarında, habelə “Anadolu-2007”, “Anadolu Qartalı -2007” birgə taktiki təlimlərində, Pakistanda “Ləpirçi və antiterrorist” kurslarında, İsveçrə krallığında “Dağ təlimi” kursunda, Rumuniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.

Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə kursant vaxtı məhrum prezident Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən iki dəfə qəbul edilib və ona qiymətli saat bağışlanıb.



2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.

Xidməti müddətində 6 medalla təltif olunan az saylı hərbçilərdən olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşun komandanının köməkçisi vəzifəsini icra edib. 2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq üçün Samid İmanovun dəstəsi əməliyyat keçirib və 20-yə yaxın ermənini məhv edərək geriyə qayıdıb.



2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə Milli Qəhrəmanın son döyüşü olub. Tərtərin Talış kəndi ətrafındakı atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirinin xilas edilməsi əmrini verib. Əsgərlərinin etirazına baxmayaraq, əmrin icra edilməsi üçün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq, yenidən qayıdıb, amma komandiri yerində tapa bilməyiblər.



Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan aralanıb, lakin aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişib.

Milli Qəhrəman 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunub. 1 qızı və 1 oğlu yadigar qalıb.















Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliQəhrəman   Samidİmanov   Şəhid   XTQ  





Xəbər lenti