Terrorçuların Türkiyəyə raket zərbəsi: 18 ölü, 147 yaralı

Terrorçuların Türkiyəyə raket zərbəsi:  18 ölü, 147 yaralı
  13 Oktyabr 2019    Oxunub:6881
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı davam edir.

Azvision.az xəbər verir ki, əməliyyatın başladığı gündən indiyədək terrorçular tərəfindən atılan raketlər nəticəsində 18 dinc sakin həlak olub, 147 nəfər yaralanıb.
Ölənlərin on biri Nusaybin, üçü Suruç, ikisi Akçakale, ikisi isə Ceylanpınar rayonlarının sakinidir. Həlak olanlar arasında uşaqlar da var.

Qeyd edək ki, beş gün ərzində terrorçular tərəfindən Türkiyənin yaşayış ərazilərinə 300-dən artıq raket atılıb. Antiterror əməliyyatı zamanı indiyədək 480 terrorçu zərərsizləşdirilib.

Azvision.az



Teqlər: Suriya   Barış-Pınarı   Türkiyə  





Xəbər lenti