Pakistanda Azərbaycan heyətinin şərəfinə ziyafət oldu

Pakistanda Azərbaycan heyətinin şərəfinə ziyafət oldu
  11 Dekabr 2013    Oxunub:996
AzVision.az xəbər verir ki, İslamabadda keçirilən Asiya Parlament Assambleyasının 6-cı iclası çərçivəsində Azərbaycan Milli Məclisinin deputatları Pakistanın bir sıra rəsmi şəxsləri ilə görüşüb.

İslamabadda keçirilən Asiya Parlament Assambleyasının 6-cı iclası çərçivəsində Azərbaycan Milli Məclisinin deputatları Pakistanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriblər.

Deputatlar Pakistan Senatının sədr əvəzi Sabir Baloç, Senatın xarici əlaqələr komitəsinin sədri Hacı Adil, həmçinin senatorlar və Pakistan Milli Məclisinin üzvləri ilə görüşüblər. Görüşlərdə Azərbaycan-Pakistan münasibətləri, parlamentlərarası əlaqələr, Asiya Siyasi Partiyaları Konfransı çərçivəsində fəaliyyət və digər məsələlər müzakirə edilib.

S.Baloç Azərbaycan ilə Pakistanın dost və qardaş ölkələr olduğunu bildirib, Pakistan dövləti və xalqının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını qeyd edib, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu xüsusi vurğulayıb.

S.Baloç Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirib. O, Fondun Pakistanda yoxsullara, əlillərə, kimsəsiz uşaqlara qayğısını, imkansız xəstələrin pulsuz müalicəsinə köməyini xüsusi vurğulayıb, Müzəffərabadda məktəbin bərpasını ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi olduğunu qeyd edib.

Pakistan Senatının sədr əvəzi Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verib.

Görüşlərdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov iştirak etmişdir.


Teqlər:  





Xəbər lenti