Bakıda qadına qarşı soyğunçuluq edilib

  12 Oktyabr 2019    Oxunub : 877
Bakıda qadına qarşı soyğunçuluq edilib
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 11-də saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub Dədə Qorqud qəsəbəsinə getdiyini, qəsəbə ərazisində isə sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: Soyğunçuluq   Bakı