Veteran cüdoçumuz dünya çempionu oldu

  12 Oktyabr 2019    Oxunub : 901
Veteran cüdoçumuz dünya çempionu oldu
Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb.
Azvision.az xəbər verir ki, dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Məmməd Məmmədov M-1 kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Məmməd Məmmədov Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, dünən keçirilən yarışlarda Fərhad Rəcəbli usta cüdoçular arasında doqquzuncu çempionluğu qazanıb.

Azvision.az

Teqlər: Cüdo   Dünya-Çempionu   Veteran