“Bizi təhdid edirlər ki, əməliyyatı dayandıraq” - Ərdoğandan cavab

“Bizi təhdid edirlər ki, əməliyyatı dayandıraq” -    Ərdoğandan cavab
  12 Oktyabr 2019    Oxunub:3293
"Kürdlər bizim qardaşlarımızdır. Biz terror qruplarına qarşı mübarizə aparırıq"

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Qərb və Amerika PKK-nı terror təşkilatı kimi tanısa da, PYD/YPG-yə qarşı münasibət fərqlidir.
"Biz Suriyanı bölməyə, parçalamağa deyil, orada yaşayan insanların hüquqlarını qorumağa çalışırıq".

Ərdoğan, həmçinin Türkiyə orusunun Suriyanın şimalında həyata keçirdiyi "Barış Pınarı" antiterror əməliyyatının dayandırılması ilə bağlı çağırışlara da münasibət bildirib: "Kim nə deyirsə desin. Biz əməliyyatları dayandırmayacağıq. Bizə təhdidlər gəlir ki, əməliyyatı dayandırın. Trampa və digərlərinə dedim, terrorun qarşısını alacaqsanızsa alın. Amma bunu etmədilər. İndi biz öz qərarımızı özümüz veririk. Orada yaşayan insanların hüquqlarını qoruyuruq".

Azvision.az


Teqlər: Türkiyə   Suriya   PKK   Barış-Pınarı  





Xəbər lenti