“Azərişıq” rəhbərliyi vətəndaşlarla görüşüb

“Azərişıq” rəhbərliyi vətəndaşlarla görüşüb
  12 Oktyabr 2019    Oxunub:1709
Oktyabrın 11-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edib.
Bu barədə Azvision.az -a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda Goranboy və Naftalan rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib.

V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib.

Bu gün, həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Bərdədə, bu rayondan və Tərtərdən olan vətəndaşların müraciətini dinləyib.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti