Külli miqdarda saxta araq aşkarlanıb

Külli miqdarda saxta araq aşkarlanıb
  11 Oktyabr 2019    Oxunub:3964
Bakıda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Rəhimovun idarə etdiyi “Volkswagen” markalı yük avtomobilindən kustar üsulla hazırlanmış 456 ədəd 0,7 litrlik, 324 ədəd 0,5 litrlik araq və 150 ədəd 0,25 litrlik viski aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   araq  





Xəbər lenti