AXCP üzvü siyasi mənsubiyyətinə görə saxlanılmayıb - Bakı polisi

   AXCP üzvü siyasi mənsubiyyətinə görə saxlanılmayıb -    Bakı polisi
  11 Oktyabr 2019    Oxunub:2651
“Qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəllər CM-nin 177.2.1 maddəsi ilə məhkum olunanT.Məmmədov həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, o, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb:

“Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir”.

Azvision.az


Teqlər: Polis   AXCP  





Xəbər lenti