44 yaşlı kişi oğurluq etdi

44 yaşlı kişi oğurluq etdi
  11 Oktyabr 2019    Oxunub:1714
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonundakı Regional qrupundan Azvision.az -a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalarla məlum olub ki, məntəqəyə qapını sındırmaq yolu ilə daxil olan və oradakı şkafdan pulları oğurlayan A.Ocaqov cinayətin izini itirmək məqsədilə içəridəki müşahidə kamerasını sındıraraq hadisə yerindən uzaqlaşıb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti