“Barış Pınarı” əməliyyatında 342 terrorçu öldürülüb

“Barış Pınarı” əməliyyatında 342 terrorçu öldürülüb
  11 Oktyabr 2019    Oxunub:2282
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı çərçivəsində indiyə qədər 342 terrorçu zərərsizləşdirilib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar əməliyyatla bağlı keçirilən toplantıda deyib.


Onun sözlərinə görə, əməliyyat planlaşdırıldığı kimi müvəffəqiyyətlə davam edir: “Hədəfimiz Fərat çayının şərqində İŞİD, PKK / PYD-YPG başda olmaqla terrorçuların mövcudluğuna son qoymaq, burada sülh dəhlizi təsis edərək ölkəmizdəki suriyalı qardaşlarımızın öz torpaqlarına, evlərinə dönmələrini təmin etməkdir. Biz sadəcə ölkəmizin və millətimizin təhlükəsizliyinə deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, assurilər, xristianlar və digər dini və etnik qrupların təhlükəsizliyinə də böyük əhəmiyyət veririk. Ümid edirəm ki, hərəkatı uğurla tamamlayacağıq”.

P.Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Suriya   Barış-Pınarı  





Xəbər lenti