Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq

   Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq
  11 Oktyabr 2019    Oxunub:1249
"Adətən bələdiyyə seçkilərinə beynəlxalq müşahidəçilər az dəvət olunur"
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərinə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəvət ediləcək:

"Biz MSK tərəfindən Avropadakı həmkarlarımızı dəvət edirik. Onlar gəlib buradakı seçkiləri müşahidə edirlər. Hesab edirəm ki, müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçilər olsun. Çünki biz seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinin marağındayıq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti