Rəsmi Bakı “Barış pınarı” ilə bağlı mövqeyini açıqladı

  11 Oktyabr 2019    Oxunub : 8252
Rəsmi Bakı “Barış pınarı” ilə bağlı mövqeyini açıqladı
Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” (Barış pınarı) əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəkdir”, - deyə XİN-in məlumatında qeyd olunub.

P.Sultanova
Azvision.az

Teqlər: XİN   Suriya   Türkiyə