“Azərbaycanda seçki sistemi dünya üçün nümunədir”- Prezidentin köməkçisi

 “Azərbaycanda seçki sistemi dünya üçün nümunədir”-    Prezidentin köməkçisi
  11 Oktyabr 2019    Oxunub:2242
“Azərbaycanda seçki sistemi təkmilləşdirilib, insanların seçkiyə marağı artıb”.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
Z.Nağdəliyev bildirib ki, seçkini izləyən müşahidəçilərin iradlarının sayı azalmaqdadır: “Bu, göstərir ki, seçki sistemi sürtlə təkmilləşdirilir. Bunun da səbəbi ölkədəki siyasi sabitlikdir, Prezident İlham Əliyevin nüfuzudur. Azərbaycanda seçki sistemi dünya üçün nümunədir. İnsanlar yaranmış şəraiti dəyərləndirir, seçkidə fəallıq göstərirlər”.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: ZeynalNağdəliyev   Seçki   MSK  





Xəbər lenti