Qobustanın 3 kəndinə içməli su verilib

Qobustanın 3 kəndinə içməli su verilib
  10 Oktyabr 2019    Oxunub:1612
“Azərsu” ASC-nin icra etdiyi növbəti layihə çərçivəsində Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ilk dəfə mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb və kəndlərə içməli suyun verilməsinə başlanılıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Şirvan bölgəsində yerləşən Qobustan rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Xüsusilə rayonun adları çəkilən kəndlərinin sakinəri uzun illər su çatışmazlığından əziyyət çəkib.

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində yaradılmış infrastruktur bəzi kəndlərin içməli su probleminin həllinə imkan verib. Ötən müddətdə bu infrastrukturlar hesabına Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərini içməli su ilə təmin etmək üçün magistral xətlər çəkilərək əhalinin ümumi istifadəsi üçün su dayağı və bulaqlar quraşdırılıb.

Lakin suyun daşınmasında yaranan çətinliklər layihənin genişləndirilməsinə zərurət yaradıb. Bu baxımdan növbəti mərhələdə bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına qərar verilib. Bu məqsədlə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Kəndlərdə su təchizatının dayanıqlığını təmin etmək məqsədilə hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarının inşası başa çatdırılıb. Bununla da Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin 4 minədək sakini dayanlıqlı içməli su ilə təmin olunub.

Hazırda rayonun Sündü kəndində içməli su layihəsi icra olunur. Bu layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş içməli su təchizatı şəbəkəsi yaradılır.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti