Gələn ay Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

  10 Oktyabr 2019    Oxunub : 799
 Gələn ay Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək
Baş nazir kimi ilk səfəri Azərbaycana etməklə bağlı qərarımız təsadüfi deyil. Azvision.az Sputnik-Gürcüstana istinadla xəbər verir ki, bunu dünən Bakıda səfərdə olmuş Gürcüstanın Baş naziri Giorgi Qaxariya deyib.
Baş nazir vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq təkcə ikitərəfli yox, həm də regional ölçüdən kənara çıxıb və mühüm beynəlxalq kontekstə çevrilib: “Hamımız yaxşı başa düşürük ki, bu əməkdaşlıq effektiv və nəticəli olmalı, ölkələrimizin maraqlarına söykənməlidir”.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycanın enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb edir:

“Biz bu əməkdaşlığın daha da dərinləşdirilməsinə yönələn konkret addımları qeyd etdik. On illik fasilədən sonra noyabr ayının ikinci yarısında ilk dəfə olaraq iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək. Bu qarşılıqlı iqtisadi əməkdaşlığın yaxşılaşdırılması və artırılması üçün təsirli vasitə olmalıdır".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Baş-nazir   Gürcüstan   Azərbaycan