İki piyada yol qəzasının qurbanı oldu

İki piyada yol qəzasının qurbanı oldu
  10 Oktyabr 2019    Oxunub:1890
Oktyabrın 9-da saat 7 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Anoloji hadisə oktyabrın 9-da saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Əsəd Vəliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdrıma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti