Komitə sədri yeni Baş Nazir təyinatına münasibət bildirdi

  10 Oktyabr 2019    Oxunub : 1555
Komitə sədri yeni Baş Nazir təyinatına münasibət bildirdi
“Əli Əsədovun Baş Nazir təyin olunmasını lazımı addım sayıram və əminəm ki, qarşıya qoyulan vəzifələri uğurla həyata keçirə biləcək”

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin siyasətində islahatlar davamlıdır:
“İslahatlar bütün sahələrdə - iqtisadi, sosial, kadr təyinatı, mənəvi və.s həyata keçirilir. Dövlət idarəçiliyində zamanı çatmış məsələlərin həlli islahat deməkdir. Yəni zamanı çatdıqca siz onu həll edirsiniz və irəliyə doğru gedirsiniz. Demokratik ölkələr, dünya bu yolla gedir. Azərbaycan da demokratik bir ölkədir və müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu sahəsində islahatlar davamlı olub. Bu gün də davamlı getməkdədir. Dövlət vəzifələrinə təyinat Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. Baş nazir Milli Məclisdə təsdiq olunub, Prrzident təyin edib. Baş nazirin təyinatı mövcud iqtisadi islahatlar və digər məsələlərlə əlaqədar həyata keçirilib”.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: YAP   Mübariz-Qurbanlı   Başnazir   Əli-Əsədov