"Yataqxanalarda yanğınlar ehtiyatsızlıqdan baş verir" - Komitə sədri

  10 Oktyabr 2019    Oxunub : 1027
 "Yataqxanalarda yanğınlar ehtiyatsızlıqdan baş verir" - Komitə sədri
"Yataqxanalarda baş verən yanğınlarda müdaxilələr olub"
Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə hadisələr hansısa ehtiyatsızlıqdan baş verir.

"Yataqxanalarda elektrik naqilləri çox həssas olduğu üçün yanğınlar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar".

Komitə sədri qeyd edib ki, Bakı şəhərində yerləşən yataqxanalarda elektrik naqillərinin vəziyyəti araşdırılıb: "Baş nazirin müavini Əli Əhmədovun tapşırığı ilə komissiya yaradılıb. Komissiya Bakı şəhərindəki bütün yataqxanaların elektrik naqillərinin vəziyyətini araşdırıb. Onların təmiri ilə bağlı lazım olan vəsait müəyyən edilib və komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub".

Aytən Zəhra
Azvision.az


Teqlər: