Şəki və Mingəçevirə gecə reysləri bərpa olunur

Şəki və Mingəçevirə gecə reysləri bərpa olunur
  10 Oktyabr 2019    Oxunub:3240
18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.
Bunu Azvision.az -a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək. Biletlər bu gündən satışa çıxarılacaq.

“Bakı - Mingəçevir - 23:30, Mingəçevir - Bakı - 01:00, Bakı - Şəki - 23:30, Şəki - Bakı - 23:30 saatlarında olacaq. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər”.

P.Məmmədova qeyd edib ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub: “Sərnişinlər artıq Gəncə və "Qırmızı Körpü" istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcəklər. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir”.

Azvision.az



Teqlər: BBAK  





Xəbər lenti