Penitensiar xidmətin rəisi qəbul keçirəcək

Penitensiar xidmətin rəisi qəbul keçirəcək
  10 Oktyabr 2019    Oxunub:2906
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov oktyabrın 11-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Azvision.az



Teqlər: Ədliyyə   Qəbul  





Xəbər lenti