Türkiyə ordusu terrorçuların 181 sığınacağını məhv edib

  10 Oktyabr 2019    Oxunub : 1018
Türkiyə ordusu terrorçuların 181 sığınacağını məhv edib
Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün yerli vaxtla saat 16:00-da Suriyanın şimal-şərqində başladılan “Barış pınarı” antiterror əməliyyatı davam edir.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir.
Qeyd edək ki, “Barış pınarı” hərəkatının başladığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Tvitter”dən bəyan edib.

P.Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Suriya