“Yataqxanada çürüyürəm” deyən kişinin yalanı üzə çıxdı - VİDEO

  “Yataqxanada çürüyürəm” deyən kişinin yalanı üzə çıxdı -    VİDEO
  09 Oktyabr 2019    Oxunub:3770
Yataqxanada yaşadığını deyən piket iştirakçısının evi var. Bu, Yaşar Cəfərovdur. O, Zəngilan rayonundan məcburi köçkündür. Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin binası ətrafında keçirdiyi piketdə evsizlikdən, yataqxanada çürüməsindən şikayətlənirdi.
REAL Yaşar Cəfərovun problemi ilə maraqlanmağa çalışıb. Araşdırma nəticəsində məlum oldu ki, Yaşar Cəfərov AMEA-nın Kimya İnstitunda bağban, həyat yoldaşı Kifayət isə BDU-da xadimə işləyir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Yaşar Cəfərova Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən yaşayış massivindən ikiotaqlı mənzil verilib – 6-cı binanın 5-ci mənzilində yaşayır. Yaşar Cəfərovun oğluna da eyni massivdən mənzil verilib.

Yaşar Cəfərovun özü ilə də danışdıq və aqressiv cavabla rastlaşdıq.

Göründüyü kimi, Yaşar Cəfərovun piketdə internet kanallarının kameraları qarşısındakı çıxışı, özünü məhrumiyyətlər içində təqdim etməsi həqiqət deyil. Yaşar Cəfərovun özü də tək deyil. Belə aksiyalarda çıxış edənlərin böyük əksəriyyətinin danışdıqları həqiqət deyil, sosial şəbəkə qəhrəmanına çevrilmək cəhdidir.





Teqlər: Piket  





Xəbər lenti