DGK dövlət büdcəsinə 3,2 milyard manat köçürüb

DGK dövlət büdcəsinə 3,2 milyard manat köçürüb
  09 Oktyabr 2019    Oxunub:1579
Bu ilin 9 ayında (yanvar-sentyabr) Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 250 milyon 115 min manat olub.
Azvision.az xəbər verir ki, doqquz ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 798 milyon 521 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 217 milyon 205 min manat, aksizlər üzrə 201 milyon 490 min manat, yol vergisi üzrə isə 32 milyon 895 min manat təşkil edib.

Azvision.az


Teqlər: Gömrük   Büdcə  





Xəbər lenti