Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən
Azvision.az -a verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının “Mercedes-Benz 280” və “Opel Vectra” markalı avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd “King” və 3000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Azvision.az