Poroşenkoya qarşı yeni cinayət işi açıldı

Poroşenkoya qarşı yeni cinayət işi açıldı
  09 Oktyabr 2019    Oxunub:2623
Ukraynanın Dövlət Təhqiqat Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı yeni cinayət işi açıb.
Azvision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, eks-prezident vergi bəyannaməsində gəlirləri ilə bağlı yalan məlumat verməkdə ittiham olunur. Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin 366-1 maddəsi ilə iş açılıb.

Məlumata görə, istintaq araşdırmasına Ali Radanın deputatlarından birinin müraciəti əsasında başlanılıb.

P.Sultanova
Azvision.az



Teqlər: Ukrayna   Poroşenko   Cinayət  





Xəbər lenti