Binəqədidə ağır yol qəzası olub

  09 Oktyabr 2019    Oxunub : 1216
Binəqədidə ağır yol qəzası olub
Oktyabrın 8-də saat 23 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Faiq Atakişiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini V.Həsənovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza   Binəqədi