Paytaxtda ölümlə nəticələnən yol qəzası

  09 Oktyabr 2019    Oxunub : 934
Paytaxtda ölümlə nəticələnən yol qəzası
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza   Moped