Lavrovun bəyanatı Mnatsakanyanın istefasını gündəmə gətirdi
"Baş nazir Nikol Paşinyan Lavrovun “Valday” klubunun iclasındakı gözlənilməz və sərt açıqlamasına görə əsəbləşib. Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini xatırladan rusiyalı nazir praktiki olaraq erməni tərəfini günahlandırıb və bu, ilk dəfə idi. Paşinyan hesab edir ki, Mnatsakanyan işini lazımi səviyyədə yerinə yetirmir. Belə ki, XİN rəhbəri Rusiya tərəfinə onun bəyanatının əhəmiyyətini izah etməyib, Ermənistanın mövqeyini təqdim etməyib”, -deyə bildirilib.
“Past”ın məlumatına görə, artıq baş nazir bir neçə dəfə Mnatsakanyanın istefası ehtimalını səsləndirib.
Qeyd edək ki, Paşinyanın Azərbaycanın işğal altında olan Xankəndi şəhərində səsləndirdiyi fikirlərə münasibət bildirən Sergey Lavrov bu cür açıqlamaların siyasi prosesin bərpası üçün atmosfer yaratmağa kömək etmədiyini söyləyib.
P.Sultanova
Azvision.az